#NATO toplantısında Türkiyə–ABŞ görüşü baş tutdu

Kanadanın Baş naziri Mark Karni Ontario əyalətində keçirdiyi mətbuat konfransında Türkiyə-Kanada münasibətləri barədə mühüm açıqlamalar verib. O, Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək üçün "nəhəng" imkanların olduğunu bildirib. Baş nazir Karni Türkiyənin dünyanın strateji və bəzən çətin bir bölgəsində mühüm rol oynadığını vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda apardığı danışıqlara toxunaraq bildirib: "Türkiyə ilə ticari əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Müdafiə və nüvə əməkdaşlığı kimi mövzuları da əhatə edə biləcək bu danışıqları davam etdirməyi planlaşdırırıq."

Türkiyə Silahlı Qüvvələri Türkiyə və ABŞ ordularının ali hərbi rəhbərləri arasında mühüm görüşün baş tutduğunu açıqlayıb. Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Türkiyə–ABŞ hərbi münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.