#Yaponiyada atom reaktoru texniki nasazlıq səbəbindən dayandı

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası hesab edilən Kaşivazaki–Kariwa AES-ində reaktorun işə salınması cəmi bir gün sonra dayandırılıb. Stansiyanın operatoru olan və eyni zamanda Fukusima AES-ini də idarə edən Tokio Elektrik Enerjisi Şirkəti reaktorun yenidən işə salınması prosesinin texniki nasazlıq səbəbindən müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət bildirib ki, reaktor hazırda stabil vəziyyətdədir və təhlükəsizliklə bağlı hər hansı risk mövcud deyil.