Şahbaz Şərif sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Pakistanın paytaxtı İslamabadda keçirilən görüşdə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanı qəbul etməkdən məmnun olub.
#İslamabad
Pakistan Dövlət Televiziyasının məlumatına görə, gələn bazar ertəsi Pakistan İran və Birləşmiş Ştatlar arasındakı gərginliyi azaltmaq məqsədilə dördtərəfli nazirlər görüşünə ev sahibliyi edəcək.
Pakistanın Baş naziri rəsmi İslamabadın Yaxın Şərqdə davam edən hərbi münaqişəni dayandırmaq və gərginliyi azaltmaq üçün diplomatik vasitəçilik missiyasına hazır olduğunu bəyan edib. Analitiklər qeyd edirlər ki, Pakistan həm Vaşinqton, həm də Tehranla uzunmüddətli strateji və tarixi əlaqələri olan nadir ölkələrdən biridir. İslamabadın bu təşəbbüsü Türkiyə, Qətər və Misir kimi ölkələrin apardığı vasitəçilik səylərinə yeni bir nəfəs verə bilər.
Pakistanın paytaxtı İslamabadda, 6 fevral tarixində cümə namazı zamanı şiə icmasına məxsus İmam Bargah məscidində törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 38-ə çatıb. Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və digər xəstəxanalardan alınan məlumatlara görə, partlayışdan sonra ağır yaralı halda müalicə alan bəzi şəxslərin vəfat etməsi itkilərin sayını artırıb. Tibbi rəsmilər bir çox yaralının vəziyyətinin hələ də kritik olduğunu və ölü sayının daha da arta biləcəyini qeyd ediblər.
Pakistanın paytaxtı İslamabadda bir məsciddə güclü partlayış baş verib. Hadisənin Cümə namazı vaxtı törədildiyi bildirilir. Polisin verdiyi məlumata görə, terror aktı nəticəsində azı 31 nəfər həyatını itirib, 169-dan çox insan isə yaralanıb. Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, hadisə paytaxtın cənub-şərqində yerləşən Tarlai bölgəsində qeydə alınıb. Partlayış şiələrə məxsus olduğu bildirilən İmam Barqah məscidində, dindarların ən sıx olduğu vaxtda — Cümə namazı zamanı baş verib.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 3-4 fevral tarixlərində Pakistana rəsmi səfər edəcək. Məlumata görə, səfər çərçivəsində Prezident Tokayev Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə Prezidenti Asif Ali Zərdari ilə yüksək səviyyəli danışıqlar aparacaq. Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, eləcə də mədəni və humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi bəyan edib ki, İslamabad İranın daxili işlərinə hər hansı xarici müdaxiləni qəti şəkildə rədd edir və bu məsələdə prinsipial mövqe nümayiş etdirir. Andrabi bildirib ki, Pakistan diplomatik dialoqun davam etdirilməsini və İranın nüvə sazişinin bərpasını dəstəkləyir.
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis əməkdaşlarına qarşı törədilən terror hücumu nəticəsində beş nəfər həlak olub. Məlumata görə, Kurram rayonunda neft obyektlərini mühafizə edən polis əməkdaşlarını daşıyan avtomobil naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində beş polis əməkdaşı hadisə yerində həyatını itirib.
İran gələn həftə Pakistan ilə Əfqanıstanın Taliban hökuməti arasında növbəti vasitəçilik görüşünə ev sahibliyi etməyə hazırlaşır. Tehrandakı görüşü fərqləndirən əsas məqam regional güclər Çin və Rusiyanın iştirakının gözlənilməsidir. Bu, Pakistan–Əfqanıstan xəttində artan gərginliyin daha geniş regional stabilliyə təhdid kimi qiymətləndirildiyini göstərir.
5-11 dekabr tarixlərində paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində onlarla ölkədən və beynəlxalq təşkilatdan rəsmi şəxslər də iştirak edir. Pakistanlı həmkarını səmimi salamlayan Adil Kərimli qardaş ölkənin beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə təşəkkürünü bildirib. Azərbaycan və Pakistan xalqlarını möhkəm dostluq və qardaşlıq tellərinin birləşdirdiyini deyən nazir iki ölkə liderlərinin səmimi münasibətlərinin əlaqələrin yüksək səviyyəsini şərtləndirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Pakistan daim Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyib və iki ölkə arasında münasibətlər ildən-ilə daha da möhkəmlənir.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Tehran yalnız həqiqi və nəticəsi əvvəlcədən planlaşdırılmamış danışıqları qəbul edə bilər. Pakistanın paytaxtı İslamabadda, İran səfirliyində regional və beynəlxalq sülh və təhlükəsizlik sahəsində fəaliyyət göstərən beyin mərkəzlərinin rəhbərləri və mütəxəssislərlə görüşündə çıxış edən Laricani vurğulayıb ki, ABŞ özünü bütün qlobal proseslərin mərkəzi kimi təqdim etməyə çalışsa da, bu, “özünü aldatmaqdan” başqa bir şey deyil.
Şahbaz Şərif Mikayıl Cabbarovu qəbul edib.