#ABŞ İxvanın üç qolunu terror təşkilatı kimi tanıdı

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərqdə “Müsəlman Qardaşları” (“İxvan”) hərəkatının üç qolunu terror təşkilatları kimi tanımaqla bağlı verdiyi vədi yerinə yetirib və onlara, eləcə də üzvlərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın Xəzinədarlıq və Dövlət departamentləri çərşənbə axşamı yaydıqları birgə açıqlamada “İxvan”ın Livan, İordaniya və Misirdəki strukturlarına qarşı məhdudlaşdırıcı tədbirlərin qüvvəyə mindiyini bildirib. Qeyd olunub ki, bu qurumlar ABŞ və onun regional maraqları üçün təhlükə yaradır.