ABŞ Prezidenti Donald Trampın Venesuelanın neft axınlarını nəzarətə götürmək qərarı Amerika şist (slanets) neft sənayesi üçün ciddi risklər yarada bilər. Qlobal bazara nisbətən ucuz Venesuela neftinin qayıdışı artıq çətin vəziyyətdə olan ABŞ istehsalçılarına əlavə təzyiq göstərəcək. Nəşrin analitikləri bildirir ki, Venesuela xam neftinin bazara daxil olması qlobal təklif bolluğunu daha da gücləndirəcək və qiymətlərin enməsinə səbəb olacaq. Hazırda neft qiymətləri son dörd ilin minimum səviyyəsindədir və yeni həcmdə tədarük bu meyli dərinləşdirə bilər.