Yuxuların yozumunda ağac mühüm rəmzlərdən biridir. Necə ki, dünyada insanlar müxtəlifdir, ağaclar da növlərinə görə fərqlənir və yuxuda görünən ağacın xüsusiyyətlərinə əsasən yozum dəyişir.Yuxuda meyvəsi olmayan, yalnız xoş qoxu saçan ağac görmək xeyirli işlərə, lakin əmələ çevrilməyən biliklərə, yəni çox danışıb az iş görməyə işarə edir. Meyvəsi həm yeməli, həm də ətirli olan portağal və limon kimi ağaclar isə zahiri və batini yaxşılığa, elmə, hikmətə və xeyirxah əməllərə dəlalət edir.