#Maduro və Xamenei: fərqli legitimlik mənbələri

İranda baş verən prosesləri analiz və təhlil etmək üçün mövzunu bir neçə əsas müstəvidə dəyərləndirmək zəruridir. İlk növbədə İran ilə Venesuela arasındakı fundamental fərqləri düzgün müəyyənləşdirmək lazımdır. İran tarixi, siyasi və coğrafi baxımdan köklü bir mövcudiyyətə malikdir. Bu ölkə minilliklər boyunca formalaşmış dövlətçilik ənənəsinə, davamlı siyasi kimliyə və oturuşmuş demoqrafik resursa sahibdir. İran, ərəb-İslam hakimiyyəti dövrü istisna olmaqla, müxtəlif mərhələlərdə türk sülalələrinin idarəsi altında olsa belə, “İran” olaraq tarixi-siyasi mövcudiyyətini qoruyub saxlamışdır.