#hibrid

Formula 1 Monako Qran-pri şənlikləri zamanı nümayiş etdirilən bu superkar hibrid sistemlə kombinasiya olunmuş ikiqat turboşarjlı 4.0 litrlik V8 mühərriki ilə təchiz edilib. Təxminən 1000 at gücü hasil edən və 10000 dövriyyəyə (RPM) qədər qalxa bilən bu mühərrik korporativ qardaş "Lamborghini Temerario" modelindən götürülsə də ondan daha çox gücə sahibdir. Avtomobildə ön oxda iki, arxa oxda isə bir ədəd olmaqla üç elektrik motoru quraşdırılıb. Bu güc paketi 7.3-kWh batareya sayəsində avtomobilin sıfırdan saatda 60 mil (0-96 km/s) sürəti cəmi 2.6 saniyəyə yığmasına və saatda 217 mil (350 km/s) maksimum sürət toplamasına imkan verir.

"Volvo" şirkətinin ən populyar modellərindən biri olan XC60-ın 2026-cı il model "T8 Recharge" versiyası lüks krossover seqmentində həm gücü, həm də ətraf mühitə qayğını birləşdirən mühüm oyunçulardan biri olaraq qalır. "The Drive" nəşrinin apardığı sınaqlar bu avtomobilin İsveç minimalizmi ilə müasir hibrid texnologiyasının harmoniyasını necə qoruduğunu ortaya qoyur.

Azərbaycanda avtomobil bazarında 2026-cı ildə tələbatın azalması və ümumi aktivliyin zəifləməsi gözlənilir. Ekspertin sözlərinə görə, ölkədə avtomobil bazarını formalaşdıran əsas amil hər zaman tələbat olub və bazarın istiqamətini məhz aktiv istehlakçı seqmentləri müəyyənləşdirib. Məmmədov qeyd edib ki, xüsusilə Bakıda taksi fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər bazara birbaşa təsir göstərir.