#Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS)

Azərbaycan Turizm Bürosu (ATB) 22-25 yanvar tarixlərində Almaniyanın Oberstdorf şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Xizəkdə Tramplindən Tullanma üzrə Dünya Çempionatı yarışlarında təmsil olunub. ATB-nin brend guşəsində yarışları izləyən ziyarətçilərə Azərbaycanın mədəni irsi, unikal turizm imkanları və qış idman növləri üzrə potensialı haqqında ətraflı məlumat verilib.

Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.