Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri yerli fermer və sahibkarlarla kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda geniş fikir mübadiləsi aparıblar.
#Qusar rayonu
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib. Səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib. Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.