ABŞ prezidenti Donald Tramp şənbə günü bildirib ki, ölkəsi Venesuelanı “təhlükəsiz, sabit və ağıllı bir keçid mümkün olana qədər” idarə edəcək. Bu açıqlama ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılmasından sonra səsləndirilib.
#Venesuela Prezidenti Nikolas Maduro
ABŞ hakimiyyətin lazımi şəkildə ötürülməsi həyata keçirilənədək Venesuelada mövcudluğunu qoruyacaq. Bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib. “Heç bir hərbi texnika itkisi olmayıb və ən əsası, heç bir hərbçi həlak olmayıb. ABŞ Silahlı Qüvvələri planetin ən güclü ordusudur, düşmənlərimizin belə təsəvvür edə bilməyəcəyi imkanlara və bacarıqlara malikdir. Bizim dünyanın ən yaxşı avadanlıqları var. Bizdə olan texnika başqa heç yerdə yoxdur - bunu sadəcə donanmaya baxmaqla da görmək olar. Dəniz yolu ilə narkotik tədarükünün 97 faizinin qarşısını almışıq və bu narkotiklər əsasən Venesuela adlı ölkədən gəlir”, – deyə o bildirib.
ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat keçirib. Bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib. “Hərbi əməliyyatın həyata keçirilməsi üçün ABŞ-ın hava, quru və dənizdən ibarət hərbi gücü səfərbər edildi; bu, insanların İkinci Dünya müharibəsindən bəri görmədiyi miqyasda bir zərbə idi. Əməliyyat Karakasın mərkəzində yerləşən güclü şəkildə möhkəmləndirilmiş hərbi istehkamı hədəf alaraq, qanundan kənar elan edilmiş diktator Nikolas Maduronun məsuliyyətə cəlb edilməsi məqsədi daşıyırdı”, - deyə o bildirib.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Venesuela Prezidenti Nikolas Maduronun şəklini paylaşıb. O Maduronun ABŞ Hərbi Dəniz Donanmasına aid “USS Iwo Jima” gəmisində olduğunu bildirib. Fotodan Maduronun qulağında qulaqlıq, əllərinin qandallı, gözlərinin isə bağlı olduğu görünür.