#İsrail Maduro hakimiyyətinin devrilməsini alqışladı

İsrail ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyat və ölkə prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı iddialara münasibət bildirib. İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkə üzərindən yaydığı açıqlamada ABŞ-ın Venesuelada həyata keçirdiyi addımları “təqdir etdiklərini” və “əziyyət çəkən Venesuela xalqının yanında olduqlarını” bəyan edib. Saar bildirib ki, ABŞ Prezidenti Donald Tramp rəhbərliyi altında Vaşinqton “azad dünyanın lideri kimi hərəkət edir”. O, İsrailin Maduro hakimiyyətinin devrilməsini müsbət qiymətləndirdiyini və gələcəkdə İsrail ilə Venesuela arasında dostluq münasibətlərinin qurulacağına ümid etdiklərini qeyd edib.