Venesuela ordusu və polisi ölkənin müvəqqəti prezidenti Delsi Rodriqesə sadiqlik andı içib. Bu hadisə ABŞ dövlət katibi Marko Rubionun Rodriqesə "Vaşinqtonla əməkdaşlıqdan imtina edəcəyi təqdirdə taleyinin Nikolas Maduro kimi olacağı" barədə xəbərdarlığından dərhal sonra baş verib.
#Vladimir Padrino Lopes
ABŞ Prezidenti Donald Tramp ABŞ qüvvələrinin yanvarın 3-də Venesuelaya zərbə endirdiyini təsdiqləyib. O həmçinin bəyan edib ki, ölkə lideri Nikolas Maduro və onun həyat yoldaşı Sesil Flores ələ keçirilərək ölkədən çıxarılıb. Venesuela hökuməti və Müdafiə Nazirliyi isə vətəndaşları sakitliyə və milli birliyə səsləyərək, hər hansı anarxiya və xaosa yol verməməyin vacibliyini vurğulayıb. Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və beynəlxalq ictimaiyyət hadisələri yaxından izləyir.