#İraq Səddam Hüseyndən sonra

Yaxın Şərq əhalisinin böyük əksəriyyəti simvolik olsa da eyni gündə, eyni vaxtda dünyaya gəlib. Onlar fərqinə varmırlar ki, həmin il öz ölkələrinin sabitliyinə, bu gününə və gələcəyinə olduqca baha başa gələn silinməz izlər qoyub. Həmin il elə fırtınalar, müharibələr və liderlər doğurdu ki, onların xəyalları və yaratdıqları təhlükələr boy göstərdikləri coğrafi xəritələrin sərhədlərini aşdı. Hətta bəzi ekspertlər hesab edirlər ki, həmin tarixlə ABŞ-İsrail ittifaqının İrana və onun raket arsenalına qarşı apardığı müharibədən sonra bu gün Hörmüz boğazında yaşananlar arasında birbaşa və qırılmaz bir bağ mövcuddur. Söhbət, ondan sonra gələn heç bir ilin öz əhəmiyyəti və ya təhlükəliliyi baxımından onunla rəqabət apara bilmədiyi 1974-cü ildən bəhs edirik.

Regional balanslar və ABŞ-ın "Səhranın fırtınası" müharibəsində özü üçün müəyyən etdiyi strateji hədəflərdən daha artıq proseslərə cəlb olunmaq istəməməsi İraq rejimini ayaqda saxlayan amillərin başında gəlirdi; yoxsa rejimin öz gücü və ya çökməyə qarşı dayanıqlılığı heç bir şəkildə faktor deyildi. Lakin bütün bunlara baxmayaraq, İraq rejimi öz mövcudluğunu qorumasını həm özü, həm də İraq və iraqlılar üçün mütləq bir "qələbə" hesab etdi.

2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqın gələcəyi ilə bağlı formalaşan ümidlər aradan keçən iyirmi ildən artıq müddətdə özünü doğrultmayıb. Diktatura rejimindən xilas olma arzusu daha ədalətli və funksional dövlət quruculuğu gözləntiləri ilə müşayiət olunsa da, bu gün ölkə dərin siyasi, institusional və sosial böhranla üz-üzədir. Səddam Hüseyn dövründə hökm sürən totalitar sistem cəmiyyəti siyasi proseslərdən kənarlaşdıran, insanları gələcəyə dair düşünmək imkanından məhrum edən bir idarəçilik modeli kimi yadda qalıb. Həmin dövrdə islahat ümidlərinin demək olar ki, tükənməsi rejimin süqutunu qaçılmaz edən əsas amillərdən biri olub.