#Yeni Suriye lirası 2026’da dolaşıma girecek

Suriyanın Mərkəzi Bankının sədri Əbdülqədir Hüsriyə ölkədə yeni milli valyutanın dövriyyəyə buraxılması ilə bağlı planları açıqlayıb. Onun sözlərinə görə, nəzərdə tutulan pul islahatı maliyyə dövriyyəsinin tənzimlənməsi və iqtisadi sabitliyin bərpası məqsədi daşıyır. Suriya Ərəb Xəbər Agentliyinin yaydığı məlumata əsasən, Hüsriyə bildirib ki, yeni valyutanın tətbiqi prosesi mövcud iqtisadi şərait və institusional imkanlar nəzərə alınmaqla həyata keçiriləcək. Mərkəzi Bank rəhbəri vurğulayıb ki, pul islahatının effektivliyi fiskal intizam, bank sektorunun fəaliyyəti və ictimai etimad səviyyəsi ilə birbaşa bağlıdır.