#Zelenski: Müharibəni bitirəcək saziş ABŞ və Avropanın iştirakı ilə imzalanmalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə müharibənin dayandırılmasına dair müzakirə olunan sülh çərçivəsinin layihəsində Ukrayna üçün 15 il müddətinə ABŞ təhlükəsizlik zəmanətləri yer alır. Zelenski bu barədə jurnalistlərə “WhatsApp” qrup söhbəti vasitəsilə açıqlama verib. Onun sözlərinə görə, o, ABŞ Prezidenti Donald Trump ilə görüşündə təhlükəsizlik zəmanətlərinin daha uzunmüddətli — 30, 40, hətta 50 il — olması imkanını qaldırıb. Zelenski qeyd edib ki, Tramp bu təklifi nəzərdən keçirəcəyini bildirib.