#vətəndaş qəbulu

Energetika Nazirliyində vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə növbəti qəbul təşkil olunub. Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müxtəlif sosial və kommunal məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbul zamanı mənzillərin təbii qaz təchizatı, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər mövzularla bağlı müraciətlərə baxılıb. Vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Qəbul zamanı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlar “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Şəmkirdə vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2025-ci il üzrə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədovun dekabrın 29-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidlərin təmir və tikintisi, ehsan süfrələrinin sadələşdirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.