#Osmanlıda taxt dəyişikliyi: Fatihdən sonra hakimiyyət balansı

Fatih Sultan Mehmedin ömrü müharibələrlə keçmişdi və o, ondan əvvəlki bir çox hökmdarın hətta xəyal belə edə bilmədiyi işləri həyata keçirmişdi. Xüsusilə İstanbulun fəthi və digər uğurları sayəsində xalq arasında böyük nüfuza malik idi. Lakin yürüdülən sərt maliyyə siyasəti ölkədə ümumi narazılıq yaratmışdı.