Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbii fəlakətlərdən, xüsusilə zəlzələlərdən zərər çəkmiş vətəndaşlar üçün inşa edilən 455 mininci mənzilin qanuni sahiblərinə təqdim edildiyini bildirib. Prezident bu barədə Hatay vilayətində keçirilən mərasimdə – təbii fəlakətlərdən zərərçəkənlər üçün tikilən yaşayış sahələrinin püşkatması, açarların təqdimatı və tamamlanmış investisiya layihələrinin rəsmi açılışı zamanı çıxışında danışıb.