#Əkrəm İmamoğlu

"İmamoğlu mütəşəkkil cinayətkar dəstəsi"nə yönəlik 105-i həbsdə olmaqla, ümumilikdə 407 müttəhim barəsində açılan məhkəmə işinin ilk iclası bu gün başlayır. Məhkəmə prosesinin aprel ayının sonuna qədər həftənin 4 günü davam etməsi planlaşdırılır. İstanbul 40-cı Ağır Cinayətlər Məhkəməsinin 1-ci heyəti tərəfindən Silivridəki Mərmərə Açıq Həbsxana Kompleksinin məhkəmə zalları binasında keçiriləcək mühakimə prosesində aprel ayının sonunadək bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri iclaslar keçiriləcək. Məhkəmənin ilk günündə müttəhimlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, ittihamnamənin xülasəsinin oxunması və müdafiə çıxışlarının alınması gözlənilir.

Maliyyə Cinayətlərini Araşdırma İdarəsi (MASAK) Əkrəm İmamoğlunun oğlu Səlim İmamoğlunun Xorvatiyada təsis etdiyi Tectum Investment D.O.O. şirkətindəki maliyyə əməliyyatlarını araşdırıb və ciddi uyğunsuzluqlar aşkar edib. MASAK-ın 4 may 2025-ci il tarixli hesabatına görə, Səlim İmamoğlu 2023–2025-ci illər arasında şirkətə 7 ayrı transferlə ümumilikdə 388 min 63 avro göndərib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlunun bakalavr diplomunun saxta olması iddiası ilə barəsində açılmış cinayət işinin ilk iclasında ara qərar elan edilib. İddianamədə İmamoğlunun “rəsmi sənəddə saxtakarlıq” maddəsi ilə zəncirvari şəkildə 2 il 6 aydan 8 il 9 aya qədər azadlıqdan məhrum edilməsi tələb olunurdu. Bu gün İstanbul 59-cu Ağır Cinayət Məhkəməsi tərəfindən Marmara Cəzaçəkmə Kompleksində keçirilən iclasda İmamoğlu və vəkilləri müdafiə çıxışı ediblər.

Saxlanılma hadisəsi ilə bağlı məlumatı bir neçə Türkiyə mətbuatı, o cümlədən “A Haber” və digər X platformasındakı mənbələr yayıb. Nusret Yılmazın polis müşayiəti ilə Trabzondan İstanbula aparılmaqda olduğu bildirilib. Təfərrüatlar hələlik məlum olmasa da, İstanbul Respublika Baş Prokurorluğunun 2024-cü ildə başlatdığı və Əkrəm İmamoğlu ilə yanaşı 99 şübhəlinin də daxil olduğu “İmamoğlu Suç Örgütü Yolsuzluk Soruşturması” ilə əlaqəli olduğu ehtimal edilir. İstintaq çərçivəsində “cinayət təşkilatına üzv olmaq”, “rüşvət” və “tender saxtakarlığı” kimi ittihamlar irəli sürülüb. Qeyd edək ki, Əkrəm İmamoğlunun digər vəkili Mehmet Pehlivan da oxşar ittihamlarla saxlanılmış, lakin şərti olaraq azad buraxılmışdı.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 13 nəfərdən 6-sı həbs edilib, 7 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən uzaqlaşdırılmış İBB sədri Əkrəm İmamoğlunun da adının hallandığı, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində qanunsuz mənfəət əldə etməkdə ittiham olunan 13 nəfərdən 8-i barələrində həbs tələbi ilə, 5-i isə məhkəmə nəzarəti şərti ilə prokurorluqdan məhkəməyə göndərilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən kənarlaşdırılan İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.