Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsi təkcə aqrar sahənin cari vəziyyətinin müzakirəsi deyildi. Bu müşavirə əslində Azərbaycanın növbəti illər üçün iqtisadi və sosial prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mesajlar verdi. Çünki ölkə başçısının çıxışında səslənən məqamlar göstərir ki, hökumət artıq kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi deyil, milli təhlükəsizlik, regionların inkişafı və demoqrafik balans məsələsi kimi yanaşır.
#aqrar sahə
Məlum olduğu kimi, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələrdən azaddır. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa, aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara da vergi təşviqləri verilib.