Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılacaq. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən azad ediləcək.
#ƏDV-dən azadolma
Kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədilə orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı ildən etibarən mineral gübrələrlə yanaşı, üzvi və üzvi-mineral gübrələrin idxalı və satışından ƏDV tutulmayacaq.