#meşə yanğınları

Prezident Luis Arce Santa Cruz, Cochabamba və Noel Kempff Mercado bölgələrində baş verən yanğınlarla mübarizə məqsədilə Nazirlər Şurasının qərarı ilə ölkədə fövqəladə hal tətbiq edildiyini açıqlayıb. Prezident Arce yanğınların daha da genişlənə biləcəyini qeyd edərək, beynəlxalq həmrəylik və yardımların sürətlə çatdırılması üçün tədbirlər görüldüyünü bildirib. Mülki Müdafiə Nazirinin müavini Xuan Karlos Kalvimontes isə yanğınsöndürən və hərbi qrupların biomüxtəlifliyi qorumaq üçün intensiv çalışdığını qeyd edib.

Hadisə günorta saatlarında Yatağanın Gökbel məhəlləsində qırmızı şam ağacları ilə örtülmüş meşəlik ərazidə baş verib. Sakinlərin tüstünü görərək məlumat verməsindən sonra Muğla Meşə Region Müdirliyinin yanğınsöndürən qrupları əraziyə cəlb olunub. Təcili müdaxilə nəticəsində yanğın təxminən bir saat ərzində nəzarət altına alınıb. İlkin hesablamalara görə, 1 hektar meşə sahəsi ziyan görüb. Qeyd edək ki, Muğla Türkiyədə meşə yanğınlarının tez-tez qeydə alındığı bölgələrdən biridir.

Hakkarinin Yüksekova rayonunun Dağlıca kəndi yaxınlığında, qadağan olunmuş ərazidə başlayan meşə yanğını iki gündür alovlanır. Alovun səbəbi hələ müəyyən edilməyib. Yanğın Dağlıca, Dilekli və Dibecik kəndləri arasında yerləşən meşəlik ərazidə güclü küləyin təsiri ilə sürətlə yayılıb. Söndürmə işlərinə yanğınsöndürən briqadalarla yanaşı hərbi helikopterlər də cəlb olunub. Qeyd edək ki, bölgədə havanın küləkli keçməsi yanğınsöndürmə işlərini çətinləşdirir.

, Pireney yarımadasındakı iki ölkədə avqustun əvvəllərindən bəri 560 min hektardan çox meşə yanıb. EFFIS məlumatlarına görə, İspaniyada 344 min hektar, Portuqaliyada isə 216 min hektar ərazi yanıb. İspaniyada yanğınlar xüsusilə Qalisiya, Kastiliya və Leon, Asturiya, Ekstremadura və Madrid ətrafında qeydə alınıb. Ourense bölgəsində yanğınsöndürmə zamanı dörd yanğınsöndürən yaralanıb, 8000-dən çox insan isə təhlükəsizlik üçün evlərini tərk edib. Şimal bölgələrdə 15 əsas yol müvəqqəti bağlanıb.

Türkiyənin Çorum vilayətində yanğın baş verib. Yanğın Çorum vilayətinin Çalyayla kəndindəki meşəlik ərazidə başlayıb. Çorum Valisi Ali Çalğan, aidiyyəti qurumların bölgəyə göndərildiyini bildirib. Kəndə yanğınsöndürmə və jandarma qüvvələri cəlb edilib.

Yanğın günorta saatlarında Yalınca kəndi yaxınlığındakı meşə sahəsində başlayıb. Hadisə ilə bağlı kənd sakinləri 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Əraziyə cəlb edilən yanğınsöndürənlər dərhal alovla mübarizəyə başlayıblar. Fermerlər də təhlükə səbəbindən mal-qaranı tövlələrdən çıxararaq təhlükəsiz ərazilərə aparıblar. Yanğınsöndürənlər hazırda alovun geniş əraziyə yayılmasının qarşısını almaq üçün işlərini davam etdirirlər.

Qalisiya əyalətinin Ourense bölgəsində baş verən yanğınların söndürülməsi üçün İspaniya Hərbi Fövqəladə Hallar Birliyinin (UME) qrupları Larouko şəhəri ətrafında geniş əraziyə yayılan alovun qarşısını almağa çalışır. ​Ayın əvvəlindən Qalisiyada 60 min hektardan çox, il ərzində isə ölkə üzrə təxminən 120 min hektar meşə yanaraq zərər görüb. Qeyd edək ki, bu il İspaniyada təxminən 36 min hektar meşə sahəsi yanıb. Ekoloji Keçid və Demoqrafik Mübarizə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 500 hektardan çox ərazini yandıran iri yanğınların sayı son 10 ilin orta göstəricisini keçərək 15-ə çatıb.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, meşə qəhrəmanlarının fədakar səyləri sayəsində yanğının tamamilə nəzarət altına alındığını açıqlayıb. Nazir sosial media hesabında bildirib ki, meşələrimizi qorumaq vətəni qorumaqla eyni əhəmiyyətə malikdir və vətəndaşlardan yaşıl vətənin qorunmasında həssaslıq göstərmələri gözlənilir. Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb.

Yanğın dünən yerli vaxtla saat 15:57-də Üçtəpə məhəlləsində başlayıb. Söndürülməsinə Meşə Təsərrüfatı Regional Müdirliyindən 2 yanğınsöndürən təyyarə, 6 helikopter, 23 su maşını, 11 su təchizatı maşını, tikinti texnikası və 182 nəfərlik heyət cəlb olunub. Komandaların gecə boyu davam edən səyləri nəticəsində yanğın nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır. İlkin araşdırmalara görə, yanğının qəsdən törədildiyi ehtimal edilir və məsələ ilə bağlı jandarma qrupları tərəfindən araşdırma başlanılıb. Tüstüdən zəhərlənən 3 nəfərə isə təcili tibbi yardım göstərilib.