#Türkiyə F-16-ları Qara dəniz üzərində nəzarətdən çıxmış PUA-nı vurdu

Türkiyə Milli Müdafiə Nazirliyi Qara dəniz üzərində aşkar edilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı prosesin tam nəzarət altında və uğurla başa çatdırıldığını açıqlayıb. Nazirlik bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.Bildirilib ki, 15 dekabr 2025-ci il tarixində Qara dəniz istiqamətindən Türkiyə hava məkanına yaxınlaşan PUA müəyyən edildikdən dərhal sonra mövcud qanunvericilik və standart əməliyyat prosedurları çərçivəsində bütün aidiyyəti bölmələr tərəfindən aşkarlama, identifikasiya və müşahidə prosesi başladılıb.