#Çornomorsk limanına hücum Qara dənizdə təhlükəsizlik narahatlıqlarını artırıb

Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynanın Çornomorsk limanına endirilən hücumla bağlı açıqlama verərək, hadisənin müharibənin Qara dəniz akvatoriyasına yayılması ilə bağlı narahatlıqların əsaslı olduğunu göstərdiyini bildirib. Nazirliyin yazılı bəyanatında qeyd olunub ki, bu gün Çornomorsk limanına edilən hücum zamanı Türkiyə şirkətinə məxsus, xarici bayraq altında üzən bir gəmi zərər görüb. Açıqlamada vurğulanıb ki, bölgədə davam edən müharibənin Qara dəniz məkanına keçməsi dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl səsləndirilən narahatlıqları təsdiqləyir.