Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamının 34-cü ildönümü ilə bağlı paylaşım edilib."Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür. 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmış, yaşayış məntəqəsi yerlə-yeksan edilmişdir. 779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalmış, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır. Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasın Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr keçirilib.
31 mart tarixində Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfirini qəbul edib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Azərbaycan XİN rəhbəri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış edib.
Ceyhun Bayramov Amerikanın Əsas Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib.
Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı aparılıb.
Azərbaycan XİN ilə Rusiya XİN arasında siyasi məsləhətləşmə aparılıb