Avropanın klublar səviyyəsində bir nömrəli turniri olan UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nion şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib. Tanınmış sabiq xorvat futbolçu İvan Rakitiçin iştirakı ilə reallaşan püşkatma nəticəsində "Qalatasaray"ın bu mərhələdəki rəqibi İngiltərə təmsilçisi "Liverpul" olub. Püşkə əsasən, "sarı-qırmızılılar" ilk oyunu öz meydanında — "Rams Park"da keçirəcək, cavab matçı isə səfərdə oynanılacaq. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları 10-11 mart, cavab qarşılaşmaları isə 17-18 mart tarixlərində baş tutacaq. Cari mövsümün final matçı isə 30 may 2026-cı ildə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
#UEFA Çempionlar Liqası matçı
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ” FK doğma meydanda Niderlandın köklü klubu “Ayaks”ı qəbul edəcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə 21:45-də start götürəcək. Oyun böyük maraqla qarşılanıb. Klubun məlumatına görə, qarşılaşma üçün artıq 27 mindən çox bilet satılıb və stadionun demək olar ki, tam dolması gözlənilir.