İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İravani, İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumları "terrorçu və cinayətkar təcavüz" adlandıraraq, bu hücumların bütün beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozduğunu bildirib.
#Tel-Əviv
İran Aviasiya Təşkilatı ölkənin hava sahəsinin ikinci bir rəsmi açıqlamaya qədər bütün uçuşlara bağlandığını elan edib.
13 iyunda İsrailin İrana aviazərbələr endirməsi nəticəsində ölən daha 3 nüvə aliminin adı açıqlanıb.
İsrailin hava hücumu nəticəsində Tehranda yerləşən “Şəhid Çamran Taun” yaşayış kompleksindəki binanın bir hissəsi uçub.
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı həyata keçirdiyi hücumları ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırır.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi İsrailin son hərbi əməliyyatlarını sərt şəkildə tənqid edərək, Tel-Əvivin qəsdən gərginliyi artırmaq yolunu seçdiyini bəyan edib.
İsrail ordusunun sözçüsü Effi Defrin İran əleyhinə hücumların davam etdiyini bildirərək, “uzunmüddətli bir əməliyyata hazırlıqlı olmalıyıq” mesajını verib.
İsrailin Qərb Sahilində məskunlaşmanı genişləndirməsi, fələstinlilərin məcburi köçürülməsi və beynəlxalq hüquqa zidd addımları bölgədə gərginliyi daha da artırır.