#kitab təqdimatı Bakı

7 dekabr 2025-ci ildə səyyah yazıçı və səyahət bloggeri İradə Qədirovanın “Səninləyəm” adlı yeni kitabının təqdimatı Bakı şəhərində “Litera book cafe”də baş tutub. Müəllifin sayca dördüncü kitabı olan “Səninləyəm” “Kərbəladan Konyaya kimi küldən doğuluş hekayəsi” mövzusu ilə oxuculara təqdim olunub. Tədbirdə kitabın nəşr olunduğu MİMTA yayımlarının və Füyuzat dərgisinin nümayəndələri, əməkdar jurnalist və yazıçı Yunis Orucov, eləcə də Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Martinez iştirak edərək çıxış ediblər. Qonaqlar müəllifi yeni əsərə görə təbrik edib, kitabın ruhunu, təhkiyə tərzini və mövzusunun dərinliyini xüsusilə vurğulayıblar.