#İran SEPAH-ının Suriyadan qəfil çıxışı: yeni detallar

İranın əsas müttəfiqi olan Bəşşar Əsədin 8 dekabr 2024-cü ildə devrilməsindən bir il keçib. Buna baxmayaraq, Suriyada İranın necə və hansı mexanizmlə geri çəkilməsi məsələsi hələ də maraq doğurur . Bir il əvvəl Suriyanın hazırkı prezidenti Əhməd əl-Şəraanın rəhbərlik etdiyi islamçı fraksiyalar Şimal-Qərbdən sürətli və gözlənilməz hücumla Dəməşqə daxil olmuş və cəmi bir neçə gün ərzində ölkəni yarım əsrdən çox idarə edən Əsəd rejimini devirmişdilər.