#Sudan münaqişəsi: RSF ordunun hücumunu geri püskürtdü

ABŞ-ın dövlət katibi Marko Rubio ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan telefon danışığı zamanı Sudanda atəşkəsin təmin olunması məsələsini müzakirə ediblər. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, Rubio və Al Nəhyan Sudandakı mövcud vəziyyəti dəyərləndirərək “humanitar atəşkəsin” vacibliyi barədə fikir mübadiləsi aparıblar. Telefon danışığında həmçinin Yəməndə sabitliyin qorunmasının əhəmiyyəti və husilərlə mübarizə məsələsi də gündəmə gətirilib.

Türkiyə Sudanın Abyei bölgəsində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin (UNISFA) Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidəki logistika mərkəzinə edilən hücumu pisləyib. Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda həyata keçirilən hücumla bağlı yazılı açıqlama yayıb. Açıqlamada “Abyei bölgəsində fəaliyyət göstərən BMT-nin Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin (UNISFA) Sudanın Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidə yerləşən logistika mərkəzinə edilən hücumu qətiyyətlə pisləyirik” ifadəsinə yer verilib.

Sudanın Sürətli Dəstək Qüvvələri (RSF) ölkənin cənubunda yerləşən strateji nəqliyyat qovşağı Babanusa şəhərinə tam nəzarət etdiyini açıqlayıb. Qüvvələr bunu Sudanın Qərbi Kordofan əyalətində davam edən müharibənin yeni cəbhə xətti kimi qiymətləndirib.