#Maarifləndirmə işi

Məscidlərin din xadimləri ilə görüşlərdə ölkəmizdə dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması və dini icmaların fəaliyyətinə dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi barədə fikir mübadiləsi aparılıb. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və sağlam dini maarifləndirmənin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Vurğulayıb ki, İslamın sülh, həmrəylik və insanpərvərlik prinsiplərinin düzgün təbliği, gənclərin sağlam dini biliklərə yiyələnməsi din xadimlərinin əsas vəzifələrindəndir. Ramin Məmmədov ibadət yerlərinin gənclərin mənəvi inkişafında əhəmiyyəti haqqında fikirlərini bölüşüb, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.