#TRIPP layihəsi fonunda Ermənistan–İsrail dialoqu diqqət çəkir

Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub. Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qafqaz diplomatiyasının səhnəsi yenidən qızışır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın qəfil və fövqəladə İsrail səfəri regionda sakit axan proseslərin altında görünməyən gərginliklərin üzə çıxmasına səbəb olub. İlk baxışda iki ölkə arasında münasibətlərin istiləşməsi kimi təqdim edilən bu addım əslində illərlə yığılan ziddiyyətlərin yeni mərhələyə keçdiyini göstərir.