#ABŞ müqaviləsi Misirin 2018-ci il sifarişini yenidən aktivləşdirə bilər

ABŞ-ın Misirə AH-64E Apache Guardian hücum helikopterləri transfer etməsi ilə bağlı məlumatlar İsrail mediasında Qahirənin genişlənən hərbi imkanları barədə suallar doğurub. Hərbi ekspertlər bildirirlər ki, Misir tərəfi hələ bu barədə rəsmi açıqlama verməsə də, sözügedən müqavilə Qahirə–Vaşinqton müdafiə əməkdaşlığını möhkəmləndirəcək və regionda güc balansının qorunmasına xidmət edəcək.