Layihə çərçivəsində “Komanda quruculuğu”, “Karyera planlaması”, “Natiqlik”, “Liderlik” və digər mövzular üzrə ümumilikdə 6 sessiya təşkil edilib. Təlimlər Siyəzən, Xaçmaz, Şabran, Quba və Qusar rayonlarında keçirilib. Görüşlər zamanı müxtəlif komanda oyunları və qrup işləri də təşkil olunub.
#Azərbaycan Gənclər Fondu
20 iyun 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı və “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu baş tutub.
Dekabrın 13-də Bakı Konqres Mərkəzində rəsmi şəxslərin, gənclər təşkilatlarının nümayəndələrinin və gənclərin iştirakı ilə “İntellektual Klubların V Gənclər Liqası”nın final mərhələsinin açılış mərasimi keçirilib.