#Aleksandr Çeferin

UEFA prezidenti Aleksander Çeferin İtaliyanın Avro-2032 turnirinə ev sahibliyini itirə biləcəyini bildirib. Bu açıqlama İtaliya milli futbol komandasının ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi fonunda verilib. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina milli futbol komandasıya penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub.