#Fənərbaxça

"Fənərbaxça" Türkiyə Super Liqasının 13-cü turunda səfərdə "Rizespor"un qonağı olacaq. İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Müdafiəçi Nelson Semedo cəzalıdır. Yarımmüdafiəçilər Sebastian Şimanski ilə Edson Alvares isə zədəlidirlər.

Trendyol Süper Liqanın 11-ci turunda Fənərbaxça sabah Bakı vaxtı ilə saat 21:00-da Tüpraş Arenada Beşiktaşla qarşılaşacaq. Beşiktaşın baş məşqçisi Sergen Yalçın 4 il 7 ay sonra Fənərbaxçaya qarşı derbiyə çıxacaq. Təcrübəli çalışdırıcı daha əvvəl Fənərbaxçaya qarşı 3 matçda 2 qələbə, 1 heç-heçə əldə edib və məğlub olmayıb

Trendyol Super Liqanın 11-ci turunda 2 noyabr bazar günü Beşiktaş və Fənərbaxça komandaları üz-üzə gələcək. Beşiktaş baş məşqçisi Sergen Yalçın 9-cu, Fənərbaxça çalışdırıcısı Domenico Tedesco isə Türkiyə Super Liqasındakı ilk derbi təcrübəsini yaşayacaq. Ağ-qara komandayı idarə edən Sergen Yalçın, əvvəlki 8 derbini 4 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Fənərbaxça ilə görüşlərdə isə Yalçın məğlubiyyət görməyib: 3 qarşılaşmadan 2 qələbə və 1 heç-heçə ilə ayrılıb. Bu oyunlarda Beşiktaş 7 qol vurub, 4 qol buraxıb.

Fənərbaxça, UEFA Avropa Liqasının 2-ci turunda öz meydanında Fransa təmsilçisi Nitza ilə qarşılaşacaq. Fənərbaxça bu gün UEFA Avropa Liqasındakı görüşdə Nitznı qəbul edəcək. Çobani stadionunda saat 20:45-də başlayacaq oyunu Serb hakim Srdjan Jovanoviç idarə edəcək. Jovanoviçə köməkçilər Uroş Stoykoviç və Milan Mihajloviç olacaq. Novak Simoviç isə dördüncü hakim kimi vəzifə yerinə yetirəcək.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Fenerbahçe” “Feyenoord”a əlavə vaxtda qol buraxaraq 2:1 hesabı ilə məğlub olub. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Fənərbaxça" və "Feyenoord" Hollandiyada üz-üzə gəlib. "Stadion Feijenoord"da keçirilən matçın 19-cu dəqiqəsində Timber hesabı açıb. Sarı kanaryalılar 42-ci dəqiqədə En-Nesyrinin qapısından qol vursalar da, oyundankənar vəziyyət səbəbindən qol qəbul edilməyib.