#immiqrant

ABŞ administrasiyası, bu il tətbiq edilən səyahət qadağaları və məhdudiyyətlər çərçivəsində 19 ölkənin vətəndaşlarının immiqrasiya müraciətlərini müvəqqəti dayandırıb. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) verdiyi təlimatda, geniş araşdırma aparılana qədər bütün I-589 (sığınacaq) müraciətlərinin dondurulmasını bildirib.

“The New York Times” qəzetinin dörd ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ rəhbərliyi Qəzzalılar və İordan çayının qərb sahilində yaşayan, həmçinin Fələstin diasporundan olan şəxslər üçün qeyri-immiqrasiya vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb. Bu qərar avqustun 18-də ABŞ Dövlət Departamentinin bütün səfirliklərə göndərdiyi memorandumda rəsmi şəkildə bildirilib. Qərar müalicə, universitet təhsili, işgüzar səfərlər və ya şəxsi ziyarətlər kimi məqsədlərlə ABŞ-a səyahət etmək istəyən Fələstin pasportu sahiblərinə şamil edilir.

Yəmənin cənubundakı Əbyən vilayətinin Zəncibar şəhəri sahillərində təhlükəsizlik qüvvələri qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışan bir qrup Efiopiya əsilli miqrantın cəsədlərini sudan çıxarıb.