Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək delimitasiya vədemarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistan ərazisinə daxil olmuşdur. Bu, iki ölkəarasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım olmuşdur. Müzakirələr zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust2025-ci il tarixində Vaşinqton Sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələnprosesləri müzakirə edəcəklər.
#Bakı–İrəvan danışıqları
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov noyabrın 18-də Ermənistan parlament nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumat verib. Millət vəkilinin sözlərinə görə, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası zamanı iki ölkə parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşdə parlamentlərin sülh prosesinə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.