#Ukrayna-Rusiya barışıq danışıqları

Ukrayna Prezidenti Volodimir Zelenski İngiltərə və Fransanın nüvə silahı verməsi ehtimalı ilə bağlı danışarkən, belə bir təklif almadıqlarını, lakin təklif olunarsa, bunu məmnuniyyətlə qəbul edəcəklərini bildirib. O, Rusiyanın bu mövzudakı ittihamlarının əsassız olduğunu qeyd edib. Cəbhədəki vəziyyəti dəyərləndirən Zelenski, itirilmiş torpaqları geri almağın hazırda böyük insan itkisi hesabına başa gələcəyini, lakin bu ərazilərdən imtina etməyəcəklərini vurğulayıb. Prezidentin sözlərinə görə, əsgərlərin geri çəkilməsi Rusiyanın daha 200 min insanı əsir götürməsi və qətlə yetirməsi deməkdir. O, bu bölgələrin həm Ukraynanın müdafiə xətti, həm də "qırmızı xətti" olduğunu deyib.

Avstraliyanın Baş naziri Entoni Albanizi, Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə etdiyi açıqlamada Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edib. Baş nazir sosial media hesabı vasitəsilə bildiriş yayaraq, Rusiyanın hərəkətlərinin beynəlxalq hüququ kobud şəkildə pozduğunu, bu əməllərin "qeyri-qanuni və qəbulolunmaz" olduğunu vurğulayıb. Yeni sanksiya paketi Rusiya ilə əlaqəli 180 fiziki şəxs, müəssisə və xüsusilə Rusiyanın beynəlxalq məhdudiyyətlərdən yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasına" məxsus gəmiləri hədəf alır.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski 28 Dekabrda ABŞ-ın Florida ştatında görüşəcək və Rusiya-Ukrayna münaqişəsini sona çatdırmaq üçün barış planını müzakirə edəcəklər. Axios xəbər agentliyinin məlumatına görə, ABŞ və Ukrayna rəsmiləri planın bir hissəsi üzrə razılığın əldə edildiyini bildirib. Ukraynalı rəsmilər qeyd edib ki, Tramp Floridadakı Mar-a-Lago iqamətgahında Zelenskiyi qəbul edəcək və iki lider sülh planını müzakirə edəcək. ABŞ-dan bir yüksək vəzifəli şəxs bildirib: “Rus və Ukraynalılarla mümkün olan ən irəli nöqtəyə gəldik. Son iki həftədə keçən ildən daha çox irəliləyiş əldə etdik. Topu kaleyə göndərmək istəyirik. Doğru yoldayıq.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı “Könüllülər Koalisyonu Liderlər Zirvəsi”nin onlayn formatda keçirilən iclasında iştirak edib. İclasda Ukrayna–Rusiya müharibəsində son vəziyyət, atəşkəs təşəbbüsləri və diplomatik səylər müzakirə olunub.