#Kəlbəcər rayonu işğaldan azad edilməsi

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir. Şəhər Günü çərçivəsində tamaşa nümayişi, sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.