İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmə təlimi təşkil edib.