#Türkiyənin Ticarət Nazirliyi

Keçən ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 54 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq 22 milyard 536 milyon dollar, idxalı isə 2,6 faiz artaraq 30 milyon 518 min dollar olub. “Keçən ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 576 milyard 928 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik. Bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İrana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz artaraq, 3 milyon 211 min 66 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında İrana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71,2 faiz azalaraq, 105 min 66 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.

Bu ilin 16 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq. Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Fransaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azalaraq, 21 milyon 122 min 912 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Fransaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq, 3 milyon 116 min 78 dollara çatdırıb.

Türkiyə 2025-cü ilin iyul ayında Fransaya avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq, 427 milyon 380 min 81 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Fransaya avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyard 697 milyon 459 min 23 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin iyul ayında Gürcüstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalaraq, 13 milyon 95 min 69 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Gürcüstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz azalaraq, 81 milyon 476 min 9 dollara bərabər olub.

Türkiyə 2025-cü ilin iyul ayında Yunanıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz artaraq, 1 milyon 205 min 88 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Yunanıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq, 4 milyon 542 min 83 dollara bərabər olub.