#Quranla tanışlıq hekayəsi

Quran ilə tanışlıq hər bir azərbaycanlı kimi məndə də Fatihə surəsi ilə oldu. Sovet hökuməti dağılanda menim 11 yaşım var idi. Siyasi şüuru olan bir valideynlərin yanında böyüdüyüm üçün Allahın lütfü ilə başım bir az yaşımdan azca qabağa getmişdi. Qismət olsa inşaallah Aztv-nin verilişini kasetdən köçürüb bir dəfə burada qoyacağam 😊 On bir on iki yaşında siyasətdən falan söhbət edirdim. Əslində, ona görə bəlkə də pul 💰💸 para məsələsində qabağa gedə bilmədim. Balaca vaxtı kəndimizdə Şıxlıda da bir baba var idi, mənə a Reyqan deyirdi 😊 Səbəb də o idi ki, böyüklərin oxuduğu qəzetlərin müzakirəsi zamanı yanlarında oturur, Amerikan imperializminin fəsadları haqqında fikir bildirirdim😊 Onda sovet dövlətini öz uşaq ağlımla ədalətli hesab edirdim. Amma sonra məlum oldu ki, sən demə elə işğal edənin yekəsi bu imiş.