#İranda meşə yanğınları

İranın şimalında, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Hirkan meşələrində bir neçə gündür davam edən genişmiqyaslı yanğın nəzarətdən çıxıb. Rəsmi məlumatlara görə, yanğın noyabrın əvvəlində söndürülmüşdü, lakin 15 noyabrda yenidən alovlanaraq sürətlə genişlənib. Yanğının Mazandaran vilayətinin Elit qayalıq ərazisində ovçular tərəfindən törədildiyi iddia olunur.