Kenya Airways 2026-cı ilin ilk yarısında 16,1 milyard Keniya şillinqi zərər edib. Bu məbləğ təxminən 124,5 milyon dollara bərabərdir. Ötən ilin eyni dövründə zərər 12,17 milyard şillinq olmuşdu. Beləliklə, şirkətin zərəri təxminən 32 faiz artıb. Buna baxmayaraq, ümumi gəlirlərdə yüksəliş qeydə alınıb. Gəlirlər 9 faiz artaraq 81,25 milyard şillinqə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 74,5 milyard şillinq idi. Dövlətə məxsus hava yolu şirkətinin təxminən 40 təyyarəsi var.
#aviasiya
Apollo Global Management easyJet-i 7,7 milyard dollar dəyərində qiymətləndirən satınalma razılaşması əldə edib. Castlelake-in prosesdən geri çəkilməsindən sonra easyJet-in direktorlar şurası Apollo-nun təklifini yekdilliklə dəstəkləyib. Razılaşmaya əsasən, təsisçi Stelios Haci-İoannunun ailəsi şirkətdə mühüm payını qoruyacaq. Sövdələşmə aviasiya sektorunda artan xərclər və bazardakı qeyri-müəyyənlik fonunda baş tutub.
ABŞ Maliyyə Nazirliyi SEPAH-la əlaqəli olduğu iddia edilən İraqın Fly Baghdad aviaşirkətinə və bir neçə təyyarəyə tətbiq olunan terrorizmlə mübarizə sanksiyalarını ləğv edib. Eyni zamanda, SEPAH və ya sözügedən aviaşirkətlə əlaqələndirilən iki İraq vətəndaşı da sanksiyalar siyahısından çıxarılıb. Rəsmi Vaşinqton qərarın səbəblərini açıqlamayıb.
Fransada easyJet aviaşirkətinin kabin heyətini təmsil edən həmkarlar ittifaqları 7 avqustdan 2 sentyabradək tətil xəbərdarlığı edib. Onlar buna səbəb kimi iş şəraitinin pisləşməsini göstərirlər. Tətil aksiyalarının dəqiq tarixləri 48 saat əvvəl açıqlanacaq. Həmkarlar ittifaqları şirkət rəhbərliyi ilə danışıqlara hazır olduqlarını və razılıq əldə edilərsə, tətil qərarının ləğv edilə biləcəyini bildiriblər.
Keyptaun Beynəlxalq Hava Limanında Kenya Airways-ə məxsus təyyarənin eniş zamanı təkərlərinin sıradan çıxması əsas uçuş-enmə zolağının bağlanmasına səbəb olub. Bütün sərnişinlər təhlükəsiz şəkildə təyyarədən çıxarılıb və xəsarət alan olmayıb. Hadisədən sonra gələn reyslər alternativ hava limanlarına yönləndirilib, beynəlxalq uçuşların yola salınması isə dayandırılıb. Nasaz təyyarənin zolaqdan çıxarılması istiqamətində işlər davam edir.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası Ryanair təyyarəsində baş vermiş insidentlə bağlı araşdırmada texniki amilləri istisna etmədiyini bildirib. NTSB bununla şirkətin rəhbəri Maykl O'Lirinin açıqlamalarını təkzib edib. O'Liri hadisənin kənar cismin vurduğu zədə nəticəsində baş verdiyini iddia etmişdi. NTSB isə belə nəticəyə gəlmədiyini və araşdırmanın davam etdiyini açıqlayıb. Agentlik Ryanair rəhbərinin istintaq qaydalarını pozduğunu da bildirib. Hadisə zamanı bir sərnişin sınmış pəncərədən qismən bayıra sovrulmuşdu. Ryanair hələlik yeni açıqlamaya cavab verməyib.
İranda bütün daxili uçuşların dayandırılması və ölkənin qərb hissəsində yerləşən hava məkanının bağlanması bölgədə artan təhlükəsizlik narahatlıqlarının yeni göstəricisi kimi qiymətləndirilir. Son günlər baş verən hərbi hadisələr və müxtəlif şəhərlərdə qeydə alınan partlayışlardan sonra aviasiya sahəsində əlavə təhlükəsizlik tədbirləri tətbiq olunub. Rəsmi məlumatlara görə, bütün daxili reyslər növbəti bildirişədək ləğv edilib və qərb istiqamətində hava hərəkətinə məhdudiyyət qoyulub. Hələlik məhdudiyyətlərin nə qədər davam edəcəyi açıqlanmayıb. İran hakimiyyəti vəziyyəti izlədiyini və hava nəqliyyatı ilə bağlı növbəti qərarların təhlükəsizlik qiymətləndirmələri əsasında veriləcəyini bildirir.
Ukrayna İsveç istehsalı olan yeni nəsil “Gripen” qırıcı təyyarələrindən 20-yə qədər almağı planlaşdırır. Bununla yanaşı, İsveç Kiyevə əvvəlki modifikasiyaya aid daha 16 döyüş təyyarəsi təqdim edəcək.
İranın "Təsnim" xəbər agentliyinin verdiyi məlumata görə, sabah — çərşənbə günündən etibarən ölkədə daxili aviareyslərin fəaliyyəti yenidən bərpa ediləcək. İran Hava Yollarından (Iran Air) verilən rəsmi açıqlamada bildirilib ki, tam 50 günlük fasilədən sonra ilk daxili uçuş sabah çərşənbə günü Tehran-Məşhəd marşrutu üzrə həyata keçiriləcək
ABŞ-də təhsil alan Səudiyyəli mütəxəssislər ölkəyə geri qayıdaraq aviasiya, mühəndislik və tibb sahələrində Krallığın insan kapitalını gücləndirir və Vision 2030 hədəflərinə uyğun kadr hazırlığını sürətləndirirlər.