#ABŞ və İsrailin İran gərginliyi

ABŞ dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahuya ABŞ-İran nüvə danışıqları ilə bağlı son vəziyyət barədə məlumat verəcək. Bu barədə Tramp administrasiyasının iki rəsmisi anonimlik şərti ilə açıqlama verib. Məlumata görə, Rubio fevralın 28-də Netanyahu ilə görüşməyi planlaşdırır. Səfər hələ rəsmi şəkildə elan olunmayıb. ABŞ və İran son vaxtlar İslam Respublikasının nüvə proqramı ilə bağlı iki raund dolayı danışıqlar aparıb. ABŞ-ın yüksəkvəzifəli rəsmilərindən birinin sözlərinə görə, İran Cenevrədə keçirilən son görüşdə səsləndirilən narahatlıqlara cavab olaraq yazılı təklif hazırlamağa razılaşıb. Həmin rəsmi Ağ evin Təhlükəsizlik Şurasının iclasında İranla bağlı məsələlərin müzakirə edildiyini və mümkün hərbi əməliyyat üçün “tam qüvvələrin” martın ortalarınadək hazır vəziyyətə gətiriləcəyinin bildirildiyini deyib.

İranın ali lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Laricani çərşənbə aqşamı nümayəndə heyəti ilə birlikdə Omana səfər edəcək. Bu barədə bazar ertəsi İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Səfərin regionda gərginliyin artdığı və diplomatik təmasların intensivləşdiyi bir vaxta təsadüf etməsi diqqət çəkir. Ötən həftə Omanın vasitəçiliyi ilə ABŞ və İran diplomatları arasında dolayı danışıqlar baş tutub. Bu danışıqlar ABŞ-ın İran yaxınlığındakı dəniz qüvvələrini gücləndirdiyi və Tehranın hər hansı bir hücum qarşısında sərt cavab verəcəyini vəd etdiyi bir şəraitdə diplomatiyanı canlandırmağa xidmət edir. Laricaninin səfəri bu proseslərin davamı kimi qiymətləndirilir.

İsrail ordusu ABŞ-nin İrana mümkün hərbi zərbəsi ehtimalı fonunda regionda yarana biləcək risklərə qarşı bütün istiqamətlər üzrə hazırlıq tədbirlərini gücləndirib. Milo qeyd edib ki, vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, bu səbəbdən İsrail ordusu həm müdafiə, həm də hücum imkanlarını yüksək səviyyədə hazır saxlayır. O, Hizbullahın daha geniş miqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağının da yaxından izlənildiyini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a indiyədək ən sərt və birbaşa xəbərdarlıqlardan birini edib. O bildirib ki, İslam Respublikası yenidən hücuma məruz qalacağı təqdirdə “əlində olan hər şeylə” cavab verəcək. Əraqçinin bu açıqlamaları ABŞ-ın aviadaşıyıcı qrupunun Asiyadan Yaxın Şərqə doğru hərəkət etdiyi, eləcə də Karib dənizi bölgəsində Nikolas Maduronun həbsi ilə nəticələnən genişmiqyaslı hərbi fəaliyyətdən sonra əlavə qırıcı və hərbi texnikanın bölgəyə yönəldildiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, Əraqçinin Davos Dünya İqtisadi Forumuna dəvəti ölkə daxilində nümayişçilərin sıxışdırılması ilə bağlı tənqidlər fonunda geri alınmışdı.

ABŞ Prezidenti Donald Tramp İranla hər hansı formada ticarət əlaqələri quran bütün ölkələrin ABŞ-la ticarətində 25 faiz dərəcəsində gömrük rüsumu ilə üzləşəcəyini bildirib. Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O bildirib ki, İran İslam Respublikası ilə iş görən istənilən ölkə dərhal qüvvəyə minmək şərtilə ABŞ-la apardığı bütün ticarət əməliyyatlarına görə 25 faiz rüsum ödəyəcək. Bu qərarın qəti olduğunu vurğulayan Tramp rüsumun tətbiqi üçün hansı hüquqi mexanizmdən istifadə ediləcəyi barədə əlavə təfərrüat verməyib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Con Kiriyaqu iddia edib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hücum qərarı İsrailin təzyiqi ilə əlaqəlidir. Onun sözlərinə görə, İsrail Vaşinqtona “İranı vurmasanız, nüvə silahından istifadə edəcəyik” mesajı göndərib və Tramp bu addımı qlobal müharibənin qarşısını almaq üçün atdığını deyib.