Con Kennedi (John Fitzgerald Kennedy) 29 may 1917 – 22 noyabr 1963) ABŞ-ın 35-ci prezidenti olub. O, ABŞ tarixində seçilmiş ən gənc prezident (43 yaş) idi. Prezidentliyi 1961-ci ildən sui-qəsdlə öldürüldüyü 1963-cü ilə qədər davam edib. Kennedi “Soyuq müharibə” dövrünün dramatik hadisələri fonunda ölkəni idarə etmiş və xüsusilə Sovet İttifaqı və Kuba ilə münasibətlərə fokuslanmışdı.