Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin Qəzzada aclıqla bağlı dərc etdiyi son hesabat və BMT Baş katibinin açıqlamalarına münasibət bildirib. Nazirlik bəyan edib ki, bu sənədlər İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımçı siyasətin yaratdığı insani faciəni bir daha ortaya qoyur.
#Türkiyə Xarici İşlər Nazirliyi
XİN-in sözçüsü Öncü Keçeli “X” sosial şəbəkəsindəki paylaşımında , “İraqın sabitliyi və sülhü, eləcə də vətəndaşlarımızın təhlükəsizliyi üçün Süleymaniyyədəki hadisələri yaxından izləyirik.” - deyə bildirib. Keçeli qeyd edib ki, Türkiyənin Ərbildəki Baş Konsulluğu hazırda bölgədə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq aparır. Hadisələrin təfərrüatları barədə əlavə məlumat verilməsə də, Ankara bölgədəki gərginliyi izləyir və ehtiyac yaranacağı halda Türkiyə vətəndaşları üçün əlavə tədbirlərin görüləcəyini bəyan edib.
Türkiyənin İƏT-də sədrliyi çərçivəsində avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (ECM) iclasına Hakan Fidan rəhbərlik edəcək. Toplantının əsas müzakirə mövzusu İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar vəziyyət olacaq. Diplomatik mənbələrin bildirdiyinə görə, Fidanın çıxışında İsrailin Qəzzanı tam işğal etmək, iki dövlətli həll yolunu mümkünsüz hala gətirmək və fələstinliləri öz torpaqlarından qovmaq siyasətinin qəbuledilməz olduğunu vurğulaması gözlənilir. Nazir həmçinin dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini diqqətə çatdıracaq.
Türkiyə, prezident Bəşşar Əsədin devrilməsindən sonra Şamda səfirliyini yenidən açan ilk ölkə oldu. 15 dekabrda səfirliyin fəaliyyətə başlamasının ardından qarşılıqlı diplomatik səfərlər və danışıqlar intensivləşib. Hazırda Ankara, Suriya Dövlət Başçısı Əhməd əş-Şəraanın ən böyük tərəfdarları arasında göstərilir.
Fidan Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Almaniyanın xarici işlər naziri İohann Vadephul ilə telefon danışığı apararaq regional və beynəlxalq mövzuları müzakirə edib. Görüşlər zamanı tərəflər diplomatik əlaqələrin gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qeyd edək ki, bu danışıq Fidanın xarici siyasət çərçivəsində Avropa tərəfdaşları ilə davamlı əlaqələrin qorunmasına yönəlmiş addımlarından biridir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Misirin xarici işlər naziri Bədr Abdulati arasında telefon danışığı baş tutub. Danışıqlarda Qəzzada davam edən atəşkəs prosesi və bölgədə humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində səylər müzakirə olunub. Qeyd edək ki, tərəflər son aylarda bölgədə artan gərginliyin azaldılması və humanitar yardımın çatdırılması üçün diplomatik təmaslarını intensivləşdiriblər.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xarici işlər naziri Hakan Fidan 13-14 avqust tarixlərində Qətərə səfər edəcək. Səfər çərçivəsində tərəflər bütün sahələrdə inkişaf edən strateji əməkdaşlıq, yeni əməkdaşlıq istiqamətləri, Qəzza və Suriya başda olmaqla regional məsələləri müzakirə edəcəklər. Görüşlərdə bu il Dohada keçiriləcək Ali Strateji Komitənin 11-ci iclasına hazırlıq, Fələstin dövlətinin tanınması istiqamətində beynəlxalq təşəbbüslər, Qəzzada atəşkəsə dair danışıqların hazırkı vəziyyəti və iki dövlətli həll üçün atılacaq addımlar gündəmdə olacaq. Hakan Fidanın Qətərin Misir və ABŞ ilə birlikdə apardığı vasitəçilik səylərinə dəstəyini ifadə edəcəyi gözlənilir.
Fidan vurğulayıb ki, Botsvana Afrikada siyasi sabitliyi və iqtisadi uğurları ilə nümunəvi ölkələrdən biridir. “Botsvana ilə əlaqələrimizi hər sahədə inkişaf etdirməkdə qətiyyətliyik. Botsvananın ölkəmizdə səfirlik açması üçün lazımi dəstəyi verməyə hazır olduğumuzu bildirdim. Təqaüd verdiyimiz Botsvanalı tələbələrin KKTC-ni seçmələrini də yüksək qiymətləndiririk.” - deyə o bildirib.
Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İsrailin regiondakı fəaliyyətlərini sərt tənqid edib.Nazir Şeybani bildirib ki, əvvəlki illərdə olduğu kimi, İsrailin təkrarlanan təhdidləri bu gün də Suriyanın suverenliyini hədəf alır və vətəndaşların təhlükəsizliyini ciddi risk altına salır.Suriya rəsmisi həmçinin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində işlər balanslı və praktik şəkildə davam etdirilir.
Fidanın səfəri zamanı ikitərəfli münasibətlər, regional hadisələr və Qəzzadakı son vəziyyət müzakirə ediləcək. Nazir, Qəzzada soyqırımın dayandırılması və iki dövlətli həllin dəstəklənməsi üçün Misirlə birgə atıla biləcək addımlara diqqət çəkəcək. Görüşlərdə həmçinin Türkiyə-Misir arasında ticarət və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi, Şimali və Şərqi Afrika, eləcə də Sahel bölgəsindəki inkişaflar barədə fikir mübadiləsi aparılacaq.
Türkiyə olaraq Suriya xalqının yanında olmağa və onların iradəsini dəstəkləməyə davam edəcəyik. Bu sözlər Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşündən sonra "X" sosial şəbəkəsində yaydığı paylaşımda yer alıb.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mənbələri, xarici işlər naziri Hakan Fidanın universitet diplomuna dair son günlər gündəmə gətirilən iddiaları təkzib edib. Mənbələr, bu mövzuda DMM və YÖK tərəfindən sənədlərlə cavab verildiyini xatırladıblar.