Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, 23-cü Doha Forumunda iştirak etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib. Forum çərçivəsində Nazir Fidan Qətər Baş Naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrahman Əl-Tani ilə görüşüb. Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi, regional və beynəlxalq məsələlərdə əməkdaşlıq imkanları, habelə qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub. Rəsmi görüş zamanı həmçinin Türkiyə-Qətər əlaqələrinin daha da inkişaf etdirilməsi və iqtisadi, siyasi sahələrdə əməkdaşlıq imkanları vurğulanıb.
#Məhəmməd bin Əbdülrəhman Al-Tani
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının 24-cü iclasında iştirak edib.
Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani İsrailin Doha şəhərinə təşkil etdiyi hava hücumunu “dövlət terroru” adlandıraraq, İsrailin Baş naziri Benyamin Netanyahunun ədalət qarşısına çıxarılmalı olduğunu bəyan edib.
Qəzza münaqişəsinin həlli üzrə danışıqlar, Qətərin vasitəçi rolunu oynadığı proses, İsrailin Dohaya endirdiyi zərbədən sonra dayandırılıb. Bu barədə ölkənin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani açıqlama verib. “Qəzza ilə bağlı danışıqlar prosesinin uğurlu alınması üçün bütün səylərimizi göstərdik. Qəzzaya qarşı təcavüzün dayandırılması üçün əlimizdən gələni etdik. Hazırkı danışıqlara gəldikdə isə, bu gün şahidi olduqlarımızdan sonra onların davam edə biləcəyinə inanmıram” - deyə o, Dohada keçirilən mətbuat konfransında bildirib.
Türkiyənin xarici işlər naziri Hakn Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdurrəhman Əl Tani ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
AzerVoice xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misirin xarici işlər naziri Bədr Əbdüləti, BMT-nin beynəlxalq konfransında çıxışında qeyd edib.